“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


03.02.2023  10:22 

AXCP üzvü Orxan Baxışlı həbs olunub





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı həbs olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Yayılan məlumatlara əsasən, fevralın 2-də ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.

Yaxınları bildirib ki, onun həbsi fevralın 1-də Xətai Rayon Məhkəməsinin qarşısındakı çıxışı ilə bağlıdır. Sözügedən məhkəmədə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması haqda vəsatətə baxılıb və təmin olunmayıb. Orxan Baxışlı keçmiş məhbus kimi məhkəmənin qərarını tənqid edib, sərt fikirlər səsləndirib.

Qeyd edək ki, Orxan Baxışlı 2018-ci il mayın 6-da həbs olunub və 2021-ci ilin martında azadlığa buraxılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsilə 6 il həbs cəzası verilsə də, sonradan Ali Məhkəmə ittihamı 234.1 maddəsinə tövsif edib, cəzanı da 3 ilə endirib. Cəza müddətinin başa çatmasına 2 aydan da az qalmış əfv sərəncamı ilə azadlığa buraxılıb.

Xəbər 983 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +