“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.04.2024  15:19 

“Diasporumuz xaricdə Azərbaycan multikulturalizmini...”- Rüstəm Tağızadə





A+  A-

“Diasporun fəaliyyəti Azərbaycan siyasəti üçün prioritet məsələdir. Azərbaycan multikulturalizm və tolerantlığını dünyada təbliğ etmək üçün maarifləndirmə işləri gücləndirilməli, xaricdə yaşayan və orada təhsil alan tələbələrimizlə bu istiqamətdə mütəmadi görüşlər keçirilməlidir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi ekspert Rüstəm Tağızadə deyib. Onun sözlərinə görə, toplantı və digər ictimai tədbirlərdə Azərbaycan dövlətinin maraqları təbliğ olunmalıdır:

“Diaspor və səfirlikərimiz xaricdə fəaliyyət göstərən məktəblərə mütəmadi baş çəkməli və təbliğat işləri aparmalıdır. Misal olaraq, Böyük Britaniyada fəaliyyət göstərən “Qarabağ məktəbi”ni göstərmək olar”.

R.Tağızadə vurğulayıb ki, Azərbaycan multikulturalizm və tolerantlığını dünyada təbliğ etmək üçün xaricdə yaşayan soydaşlarımız ana dilimizi bilməlidir:

“Eyni zamanda onlara Azərbaycan tarixi və mədəniyyəti barədə bilgilər verilməlidir. Hesab edirəm ki, Azərbaycana qarşı düşmən mövqe sərgiləyən ölkələrdə diasporumuzu inkişaf etdirməliyik”.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 2582 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +