Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


04.03.2019  15:38 

“İlham Əliyev asanlıqla Paşinyanı məğlub etdi” - Koçaryan





A+  A-

Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunaraq haqqında iki ay həbs qətimkan tədbiri seçilən eks-prezident Robert Koçaryan “168 saat” qəzetinə müsahibə verib.
XəzərNews.az xəbər verir ki, o, bildirib ki, baş nazir Nikol Paşinyan qondarma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müxtəlif bəhanələrlə maskalanıb, lakin buna baxmayaraq, danışıqlar gedir.

“Burada şübhə doğuran məqam danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Cəmiyyətə hakimiyyətin Qarabağ məsələsi ilə bağlı mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək hələ də səslənməyib və məhz bu da narahatlıq doğurur. Mövqe formalaşdırmadan axı necə uğurlu danışıqlar aparmaq olar? Qarabağ münaqişəsində bir sıra əsas müddəalar mövcuddur ki, bunlardan biri səlahiyyətli şəxslərin danışıqlar başlamazdan əvvəl dəqiq yanaşmalarını ortaya qoymalarıdır”.

R. Koçaryan Azərbaycan prezidenti İlham Əliyevin Paşinyanı asanlıqla məğlub etdiyini etiraf edib:

“Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün əlverişli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonra bizim zəmanətimiz idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən etdiyi seçim olmasının mahiyyəti yoxdur. Hər iki halda bu, böyük səhvdir.

Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Minsk qrupunun bu yöndə növbəti təklifləri Ermənistan üçün heç də xoş olmayacaq”.

Xəbər 1682 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +