200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


01.03.2018  09:15 

Neftin qiyməti bahalaşacaq





A+  A-

Cari ildə neftin qiyməti mütəmadi olaraq artacaq. “Reuters”in sorğusunda iştirak edən ekspertlər bu fikirdədirlər.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, neft bazarının analitikləri xam neftin qiymətinin bu il ardıcıl olaraq artacağını proqnozlaşdırırlar. Lakin bu bahalaşma ABŞ-da şist nefti istehsalının artması və OPEC üzrə neft hasilatının azaldılması sazişinin təsiri ilə müəyyən qiymət aralığında dəyişəcək.

Analitiklər “Brent” markalı xam neftin bir barrelinin qiymətinin bu il orta hesabla 63 dollar olacağını düşünür.

“Light” neftinin orta qiymətinin isə 2018-ci ildə 58,88 dollar/barrel səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda 10 milyon barrel olan ABŞ-ın gündəlik xam neft istehsalının bu il ərzində yüksələrək sutkalıq 11 milyon barreldən çox olacağı ehtimal edilir.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələr və başda Rusiya olmaqla digər qeyri-OPEC ölkələri neft hasilatını bu ilin sonuna qədər gündəlik 1,8 milyon barrel azaltmaq barədə öhdəlik götürüblər.

Xəbər 1746 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +