Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


27.10.2021  11:15 

FHN generalından Prezidentə şikayət: “Şahmar Paşayev hədələyici tonda danışır”





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları rəisləri Şahmar Paşayevdən ölkə başçısına şikayət edib.

Şikayətçilər Criminal.az saytına ünvanladıqları şikayət məktubunda əvvəllər də İlham Əliyevə müraciət etdiklərini, lakin bundan sonra kirayə və ezamiyyət pullarını vermək əvəzinə onlara hədə-qorxu edildiyini bildiriblər:

“Hərbi hissəyə çağirib xidmət rəisi, general mayor Şahmar Paşayev hədələyici tonda danışır. Deyirlər ki, mətbuata niyə deyirsiz? Mətbuat sizə pul verəndir? Bizə halal pulumuz vermirlər. Pulun ilin sonunda veriləcəyini vəd edirlər. Bizlər çətin vəziyyətdə kirayədə yaşayırıq. Mağazalarq çoxlu borcumuz var. Boğularaq övladlarımızın üzünə baxa bilmirik. Biz dərdimizi kimə deyək? Rəisimiz Şahmar Paşayevi aylarla görmürük.

Çox zaman özünün şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir. Olduqca çıxılmaz vəziyyətdəyik. Şahmar Paşayevin yanında alay komandiri polkovnik Xəlilli Məmməd, qərargah rəisi mayor Seyidəhməd Nurayev də bizi mətbuata şikayət ünvanladığımız üçün hədələyirlər. Hərbi hissədə bizləri toplayıb məlumatı paylaşanı müəyyən edəcəkləri və işdən çıxaracaqlar ilə hədələyirlər. “Biz onu tapıb sındıracağıq, xidmətdən qovacağıq” deyirlər. Polkovnik Mustafa Rəcəbov, kadrlar şöbəsinin rəisi Elxan Həmidov, polkovnik leytenant Çingiz Hüseynov xidmət rəisi kimi bizləri hədələyirlər”.

Şikayətçilər qeyd edib ki, onlara ildə iki dəfə geyim verilməlidir, amma xidmətin təhcizat şöbəsinin rəisi mayor Elyazov Rəşad formaları vermir:

“Xidmət rəisinin göstərişi ilə formalar bizə satılır. Etiraz bildirəndə Elyazov bildirir ki, 500 manat maaş alırsız, dövlət sizə maaş verir, gedin formanı alın, mənim üstümə gəlməyin! Deyir göstərişi Şahmar Paşayev verib. Xidmət rəisinə söz deyəni də işdən çıxarır, təqib edirlər. Elyazov Rəşad xidmət rəisinin yaxın adamıdır. Zabit və gizirlərin kirayə qaldığı evlərə zorla soxulmaqdan belə çəkinmir. Bu adamlara dur deyən yoxdu.

Şəxsi heyətə qarşı kobudluq edənlərdən biri də mayor Axudlu İntiqamdır. Şəxsi heyətlə söyüşlə danışır, təhqir edir. Etiraz edəni də aşağılayır. Zabit və gizirləri istirahət günləri belə idarəyə çağırıb zabitə, gizirə yaraşmayan işləri gördürürlər. Bir sözlə xidmət çox bərbad gündədir. Cənab prezident, ümidimuz sizə qalib. Bizim kirayə, ezamiyyət pullarımızı vermirlər. Vəziyyət çox pisdir, dolana bilmirik. Halal haqqımızı ala bilmirik”.

Xəbər 1841 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +