İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


17.10.2019  12:49 

Problemli krediti olanlara yeni XƏBƏR var - SİYAHI hazırlandı





A+  A-

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib”.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, 1 oktyabr 2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 98%-nə ümumilikdə 633.2 milyon manat həcmində ödənişlər olunub ki, bu da cəmi ayrılmış məbləğin 97%-ni təşkil edir:

“Eyni zamanda, Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204.9 milyon manatdan çox təşkil edib. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb.

1 oktyabr tarixinə 76 334 borcalanın 153.8 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Qeyd edək ki, restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək”.

Rəsmi məlumata görə, bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılıb:

“Vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.ak.fimsa.az) da istifadəyə verilib. Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olub. Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciətçilərin sayı isə 25 704 olub. Müraciətlərin çoxluğuna və əksər hallarda fərdi qiymətləndirməyə zərurətin yaranmasına baxmayaraq, həmin dövrdə edilmiş bütün müraciətlər cavablandırılıb.

Bütövlükdə, 15oktyabr 2019-cu il tarixinə Apellyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olub ki, bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılıb, 289-u isə hazırda Apellyasiya Komissiyasında baxılma mərhələsindədir”.

Xəbər 1348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +