Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


14.06.2018  15:54 

İnformasiya təhlükəsizliyinin etibarlı təminatı yolları müzakirə edilib





A+  A-

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) konfrans zalında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi təşəbbüslərinə dəstək” layihəsinin təqdimat mərasimi keçirilib.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində informasiya təhlükəsizliyinin daha etibarlı təminatı yolları və vasitələrinin müəyyən edilməsi istiqamətində innovativ elmi-analitik araşdırmalara start verməkdən ibarətdir.
Tədbir çərçivəsində “Paradiqma” İctimai - Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri, professor Elman Nəsirov layihənin əhəmiyyətinə toxunaraq qeyd edib ki, XXI yüzilliyin informasiya əsri olduğunu bir an belə unutmamalı və bu reallıqdan çıxış edərək Ermənistanın təcavüzkar siyasəti və onun ağır nəticələri haqqında təbliğat-təşviqat kampaniyasını innovativ metodlarla zənginləşdirməli, bu istiqamətdə informasiya məkanında üstünlüyümüzü təmin etməliyik: “Məsələyə bu kontekstdə yanaşdıqda təqdimatını keçirdiyimiz layihənin həm elmi, həm də böyük siyasi aktuallıq kəsb etdiyi qənaətinə gələ bilərik”.
Tədbirdə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov (moderator) (DİA), ekspertlər Mürtəza Həsənov (“Paradiqma” İB), Araz Qədiməliyev (“Paradiqma” İB), İlhamə Xudiyeva (tələbə) layihənin əhəmiyyətindən bəhs ediblər, onun reallaşdırılması istiqamətində atılacaq addımlar haqqında fikir və mülahizələrini ifadə ediblər. Sonra layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, konkret təklif və tövsiyələr irəli sürülüb.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, QHT təmsilçiləri, mətbuat nümayəndələri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edib.


Xəbər 1268 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +