Lavrov Fidan görüşü oldu - Moskvada
Priqojinin qızı ABŞ-dan Rusiyaya qayıdıb
Ərdoğan Azərbaycana sabah gəlir - SƏFƏR
Ukrayna üçün silah məlumatlarını oğurladılar
“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov
Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb - Prezident
Fidan Rusiyadan sonra Ukraynaya gedəcək
Xala oğlu direktor, yeznə müavin... - İDDİA
Prezident Laçında hansı açılışları etdi?
İran “konstruktiv vasitəçi” obrazını qorumağa çalışır


12.06.2018  10:25 

Liseylərə elektron qeydiyyat başladı





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanılıb.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.

12 iyun tarixinə (09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1 130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 110-u 147 nömrəli Texniki-Humanitar Liseyə, 158-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.

Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, V sinfə elektron sənəd qəbul "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.

Xəbər 1886 dəfə oxunub.




27.05.2025  11:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ

27.05.2025  10:40 

Ölüm, gəl tanış olaq...

27.05.2025  10:29 

Ucarda yük avtomobili yanıb

27.05.2025  09:20 

Nazirliyin əməkdaşı həbs edilib


BÜTÜN XƏBƏRLƏR +