Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


16.02.2018  10:05 

Sevda Yahyayeva DANIŞDI: “O görüntülərdən utanmıram”





A+  A-

Müğənni Sevda Yahyayeva dünən mətbuatda paylaşılan illər əvvəlki görüntüsünə lağ edən izləyicilərə cavab verib.
XəzərNews.az xəbər verir ki, ifaçı “Instagram” hesabında onlara cavab verərək görüntüsündən utanmadığını deyib:

“Səhnəyə gəldiyim ilk gündən bəri kasıb ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kəsdən gizlətməmişəm. Hamı keçmişimi əzbər bilir.

On üç yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı lentə alınmış kasıbyana, zövqsüz və indi sizə gülməli gələn görüntülərimdən bu gün də utanmıram. Çünki yetərincə məşhuram, gözəl dost çevrəsinə malikəm.

Maddi və mənəvi azadlıq qazanmışam. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm”.

Yahyayeva statusunda şöhrətin başını gicəlləndirmədiyini də qeyd edib:

“Qazandığım statusdan istifadə edərək heç kəsi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və dövlət mənim xasiyyətimi dəyişməyib.

Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı və heç bir plastik əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah heç kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına!”

Sevdanın bu paylaşımına mindən çox rəy yazılıb. Həmkarları ona dəstək olduqlarını bildirib.

Əməkdar artist Röya Ayxan isə Sevdaya dəstəyini “Instagram Story” bölməsindən edib. O, Yahyayevanın fotosunu paylaşaraq bu sözləri yazıb:

“Gözəlim, bunlara fikir vermə. Biri dəvə kimi arxasını görmür, biri qırx yaşında valideyn pulu yeyir, biri alverdədir, vicdanını satır. Amma danışdırsan, öz zəhməti ilə çalışan bir-iki nəfərdir. Onlardan da ikisi elə bizik. Bu arada, “pekarnı”ya çörəyi mən gətirirdim, tanımadın?”

Xəbər 4053 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +