Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


12.12.2017  13:25 

Sabah hava necə olacaq?





A+  A-

Dekabrın 13-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin XəzərNews.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.



Tibbi-meteoroloji proqnoz


Dekabrın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.

Xəbər 1541 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +