İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


28.09.2017  19:37 

İnstagramda evli qadını şantaj edib 10 000 aldı - Azərbaycanda





A+  A-

Sosial şəbəkələrdə tanış olduğu qadınları hədələyərək onlardan pul tələb edən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
DİN-dən XəzərNews.az-a daxil olan xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən bir qadın “İnstagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyib 1000 manat pul tələb etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Siyəzən rayon sakini Cavad Ağarəşidov qeyd edilən miqdarda pulu qadından alan zaman saxlanılıb.

Baş İdarəyə şikayət ərizəsi ilə müraciət edən oxşar qanunazidd əməllə üzləşən daha bir xanım da tanış olduğu Samir adlı şəxsin onu fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 10000 manat aldığını və yenidən 2000 manat tələb etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

S.İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.

Göstərilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qadınlara hədə-qorxu gələrək onlardan pul tələb edən gördüyünüz bu şəxslərin əməllərindən başqa zərərçəkənlər varsa, bu barədə Baş İdarəyə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.Vətəndaşlara isə sosial şəbəkələrdə tanış olduqları insanlarla ünsiyyət quran zaman diqqətli olmaları və şəxsi məlumatları gizli saxlamaları tövsiyyə olunur.

Xəbər 1762 dəfə oxunub.



26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +