13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


11.09.2017  09:16 

Uşaqlara siqaret satışı qadağandır, amma dənə ilə satırlar - VİDEO





A+  A-

Biri atasını, başqa biri isə qonşusunu bəhanə edərək dənə ilə siqaret alıb çəkir.
XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət azyaşlıların mağaza və köşklərdən dənə ilə siqaret almalarından gedir.

Vətəndaşlar isə buna etiraz edirlər və dənə ilə siqaret satışının yığışdırılmasını istəyirlər.

Vətəndaşlara görə, siqaretin bu cür açıq şəkildə dənə ilə satılması ən çox uşaqlara mənfi təsir edir. Yəni belə olan halda uşaqlarda siqaretə maraq artır və onların dənə ilə siqaret alma ehtimalı qaçınılmaz olur. Çünki, azyaşlılar onla verilən az miqdarda xərcliyə də siqaret almaq imkanı əldə edirlər.

Dənə ilə siqaret satışı ilə məşğul olan satıcılar isə bəzi hallarda azyaşlılara siqaret satdıqlarını etiraf edirlər.

İctimai sağlamlıq üzrə ekspert Anar Xəlilov deyir ki, belə halın baş verməsinin başlıca səbəbi ictimai nəzarətin zəif olmasıdır.


Xəbər 1287 dəfə oxunub.





04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +