Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


20.04.2017  17:22 

Sifarişlə arvadının üzününə “kislota” tökdürdü, 10 il cəza aldı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadının üzünə zəhərli turşu “kislota” atan Vüqar Kərimov və bunu sifariş edən keçmiş əri Tural Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə T.Hüseynov 10 il, V.Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimova arvadı 25 yaşlı Nuranə Hüseynovanın üzünə “kislota” atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. T.Hüseynov hadisə ilə bağlı “mənim deyilsə, heç kimin olmasın deyə belə etdim” deyib. Nəticədə qızın sol gözü tam kor olub.

Xəbər 2111 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +