Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


03.06.2025  11:04 

YouTube-da yeni axtarış funksiyası





A+  A-



XəzərNews.az xəbər verir ki, YouTube platformasına Google Lens ilə vizual axtarış funksiyası əlavə olunur. Bu imkan Shorts bölməsində istifadəyə veriləcək. Yeni funksiyanın beta versiyası yaxın həftələrdə istifadə olunacaq.

SMM mütəxəssisi İsmayıl Rəhimoğlu bildirir ki, istifadəçilər qısa videolarda görünən heyvanlar, bitkilər və əşyalar haqqında məlumat axtara biləcəklər. Məsələn, video fonunda hansısa görməli yer varsa, YouTube Google Lens vasitəsilə onun haqqında axtarışa dair tövsiyə göstərəcək və videonun harada çəkildiyini öyrənmək imkanı verəcək. Bu funksiya YouTube-un mobil tətbiqindəki “Shorts” bölməsində aktiv olacaq.
Videonu saxladıqdan sonra üst menyudan Lens düyməsini klikləyərək, ekranda maraqlandığınız elementi dairəyə almaq, seçmək və ya klikləmək mümkün olacaq. Tətbiq həmin elementə uyğun vizual oxşarlıqlar və axtarış nəticələrini videonun üstündə göstərəcək. Seçilən nəticəyə baxdıqdan sonra isə izlədiyiniz materiala sürətli şəkildə geri qayıtmaq mümkün olacaq.

Xəbər 362 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +