Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


11.01.2019  13:49 

Rusiya sərnişin təyyarələrini vuracaq - Əgər sərhədi pozarsa...





A+  A-

Rusiyanın hava sərhədini pozan və göyərtəsində sərnişin olan mülki təyyarələri vurmağa icazə veriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsində deyilir.

“İzvestiya” nəşrinin əldə etdiyi sənəddə qeyd edilir ki, əgər real təhlükə varsa, onun qəsdən qəzaya uğraması ekoloji fəlakətə, insanların kütləvi ölümünə və ya strateji obyektlərin məhvinə səbəb olacaqsa, həmin hava gəmisinə atəş açmağa icazə veriləcək. Bu, eyni zamanda, təyyarə qaçırılması ilə əlaqəli olan terror hadisələrinin də qarşısını alacaq.

Ekspertlər hesab edirlər ki, bu cür tədbirlər beynəlxalq, o cümlədən ABŞ təcrübəsi ilə üst-üstə düşür.

Nəşr yazır ki, hərbçilər zərbə endirməzdən əvvəl təyyarə ilə əlaqə saxlayacaq, həmçinin onu ölkənin hava sərhədlərindən kənara çıxarmağa çalışacaqlar. Əgər təyyarə xəbərdarlığa və açılan xəbərdarlıq atəşinə məhəl qoymazsa, Rusiyanın hava-kosmik qüvvələrinin pilotları onu vuracaqlar.

Xəbər 2818 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +