Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


24.07.2025  11:49 

“Şam-Fi” şirkəti “Artsax”ı təbliğ edir - FOTO





A+  A-

Azərbaycanda “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulun üzərində keçmiş Dağlıq Qarbağ Muxtar Vilayətinin xəritəsinə oxşayan təsvir əks olunub.

XəzərNews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Dağlıq Qarbağ Muxtar Vilayəti 1923-1991-ci illərdə Azərbaycan ərazisində mövcud olan inzibati ərazi vahidi olub. Azərbayacn Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə Dağlıq Qarbağ Muxtar Vilayəti ləğv olunub.

Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Dağlıq Qarbağ Muxtar Vilayətinə daxil olan rayonların da yer aldığı əraziləri əhatə edən Yuxarı Qarabağ iqtisadi rayonu yaradılıb.

Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra – Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən Yuxarı Qarabağ iqtisadi rayonu ləğv olunub və Qarabağ iqtisadi rayonu yaradılıb.

Məlumat üçün bildirək ki, “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində əks olunan təsvirin nə Yuxarı Qarbağ iqtisadi rayonu, nə də Qarabağ iqtisadi rayonunun xəritəsi ilə əlaqəsi var.

Lakin 1991-2020-ci illərdə Qarabağdakı seperatçıların istifadə etdiyi qondarma “artsax respublikası"nın “xəritəsi” sözügedən təsvirə daha çox oxşayır.

Onu da bildirək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.3.-cü maddəsində açıq şəkildə göstərilir ki, məhsulun üzərində istehsalçının adı göstərilməlidir. Lakin haqqında bəhs olunan “Qarabağ” dovğası adlı məhsulun üzərində 2 şirkətin adı qeyd olunub. Bu şirkətlərin istehsalçı olub-olmadığı barədə məlumat mövcud deyil. Adları qeyd olunan şirkətlərdən biri ölkənin aparıcı ət və süd məhsulları istehsalçısı olan “Zəhmət-Ruzi” MMC, digəri isə ölkənin tanınmış distribütor şirkəti olan “Şam-Fi” MMC-dir.

Daha çox “Sab” brendi ilə məhsul istehsal edən “Zəhmət-Ruzi” MMC-nin rəsmi saytında “Safdad” brendinin onlara məxsus olması ilə bağlı məlumat mövcud deyil. “Şam-Fi” MMC-nin rəsmi saytında isə “Safdad” brendinin onlara məxsus olduğu qeyd olunub.

Xəbər 552 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +