Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı


06.11.2017  15:32 

“Riyad”ın lisenziyası ləğv olundu





A+  A-

“Riyad” Mühafizə Ximdətinin lisenziyası ləğv olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Azərbaycanda bir çox obyektlərin mühafizəsi ilə məşğul olan məşhur şirkətin fəaliyyət göstərmək hüququ əlindən alınıb.

Daxili İşlər Nazirliyi tərəfindən son dövrdə adı qalmaqalda hallanan qoruma şirkəti lisenziyadan məhrum edilib.

Şirkət sonuncu dəfə bu ilin iyun ayında gündəmə gəlmişdi. İyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən “Safastore” mağazasına gələrək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun tapşırığı ilə mağazaya hücum etdiyi bildirilib. Məlumata görə, 2 il əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. İndi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib, digər 11 mühafizəçi isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar. Hazırda onların işinə Binəqədi rayon Məhkəməsində baxılır.

Bu hadisədən dərhal sonra şirkətin fəaliyyəti rəsmi qurumlar tərəfindən dayandırılıb.

Xəbər 1594 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +