Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


28.12.2020  11:09 

Yunanıstanda miqrant uşaqlara bıçaqlı hücum





A+  A-

İrqçi qruplar Yunanıstanın Oreokastro bölgəsində qurulan qaçqın düşərgəsinə hücum olunub.
XəzərNews.az xəbər verir ki, kütlə əllərində bıçaq, dəmir barmaqlıqlar və çubuqlarla Kilsənin himayəsi altında olan məkanın qarşısında toplaşıb, irqçi şüarlar səsləndirib.

Onlar daha sonra düşərgənin uşaqlar yaşayan hissəsinə hücum ediblər, lakin bunun qarşısı mühafizəçilər tərəfindən alınıb.

Mövzu barədə düşərgənin vəkili Thodoris Karayannis məlumat yayıb. O, hadisə ilə əlaqədar bölgə prokurorluğunda cinayət açıldığını qeyd edib: “Planlı şəkildə nifrət, təbliğat yayan və 12-15 yaş arası uşaqlara şiddət tətbiq etməkdən çəkinməyən insanlardan azyaşlıları qorumalıyıq”.

Qeyd edək ki, sözügedən düşərgədə Suriyadan qaçan əhali yerləşdirilib.

Xəbər 2027 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +