200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


30.04.2023  10:29 

“Uşaqları həyat yoldaşım və müharibə böyüdür” - Zelenski





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onun uşaqlarıyla ünsiyyətə kifayət qədər vaxtı yoxdur.

XəzərNews.az xəbər verir ki, o, bu barədə Prezident Administrasiyasının YouTube-da dərc etdiyi Skandinaviya KİV-lərinə müsahibəsində bildirib.

Zelenski müharibə dövründə prezident, ata və ər olmaq arasında balans tapmaq mümkün olub-olmaması sualına cavab verib.

"Mümkün deyil. Deyirlər ki, mən yaxşı prezidentəm, amma indi, əlbəttə, mən ən yaxşı ata deyiləm. Uşaqlarım və ailəm üçün kifayət qədər vaxtım yoxdur. Uşaq böyütmürəm, bu gün həyat yoldaşım və müharibə onları böyüdür”, - deyə prezident bildirib.

Zelenski işinə vaxt ayırdığını, bunun vacib olduğunu vurğulayıb.

Xəbər 968 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +