200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.01.2021  11:05 

Rusiyanın bir sıra bölgələrində fövqəladə vəziyyət elan olundu





A+  A-

Rusiyanın Monqolustan ilə sərhədində baş verən zəlzələ səbəbilə Kızıl şəhəri daxil olmaqla Tuva Respublikasının altı bölgəsində fövqəladə vəziyyət elan edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib. Hazırda yerli səlahiyyətlilər obyektlərdə dəyə biləcək mümkün zərərləri araşdırırlar.

Qeyd edək ki, 12 yanvar gecəsi Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi, 6.5 bal gücündə yeraltı təkanların qeydə alındığına dair məlumat yayıb. Yeraltı təkanlar Monqolustanda, Tur qəsəbəsindən 34 kilometr aralıda, on kilometr dərinlikdə qeydə alınıb. İrkutsk sakinləri zəlzələnin təkanlarını hiss ediblər.

Xatırladaq ki, keçən ilin dekabrında İrkutsk yaxınlığında 5.5 bal gücündə zəlzələ baş vermiş, 20-yə yaxın məktəb və sosial müəssisə müxtəlif dərəcəli zərər görmüşdü.



Xəbər 1795 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +