200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.12.2020  13:54 

Bu iki ölkə arasında diplomatik əlaqələr kəsildi





A+  A-

Somali qonşu Keniya ilə bütün diplomatik əlaqələrini kəsib.
XəzərNews.az xəbər verir ki, Somali Keniyanı daxili işlərinə qarışmaqda və ərazi bütövlüyünü pozmaqda ittiham edib.

Somalinin informasiya naziri Osman Dube bildirib ki, bütün diplomatların geri qayıtması, keniyalı nümayəndələrin 7 gün ərzində ölkəni tərk etməsi barədə əmr verilib.

“Somali bu qərarı daxili işlərinə təkəbbürlü müdaxilədən sonra verdi. Mövcud Keniya rəhbərliyi hər zaman Somalidə problem yaratmaq istəyir”,- deyə nazir qeyd edib.

Qərar Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland lideri Musa Bihi Abdinin dünən Keniya Prezidenti Uhuru Kenyatta ilə görüşməsindən sonra verilib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Hind okeanındakı zəngin neft və qaz yataqları bölgəsindəki dəniz sərhəd mübahisəsindən sonra pisləşib.

Xəbər 1669 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +