200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


28.08.2017  17:21 

Nazpərinin seyfi tapıldı





A+  A-

Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərər vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.

Cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər. Onların hər ikisi Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum ediliblər.

Hüquq-mühafizə orqanları əməkdaşları araşdırma zamanı pulun və zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Belə ki, əməliyyatçılar Hüseynlinin mənzilində 8 min ABŞ dolları, 205 avro, 2 min manat və şəxsi istifadə üçün nəzərdə tutulan heroin aşkar edərək, götürüblər. Verdiyevin mənzilində axtarış zamanı 7 qram heroin tapılıb. Verdiyevin atası, 1958-ci il təvəllüdlü Əzizağa Verdiyev cinayət yolu ilə əldə edilən 2 min 300 manatı və qızılların bir hissəsini polisə təhvil verib. Əməliyyatçılar müğənninin seyfini isə Sumqayıtın 76-cı kvartalının ərazisindən axan su kanalının dibində aşkar ediblər.

Xəbər 2096 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +