200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.02.2025  14:34 

Blogger 6 il azadlıqdan məhrum edildi





A+  A-

Poltava məhkəməsi keçmiş blogger və fitnes məşqçisini hərbi qulluqçulara hücum və onları təhqir etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Söhbət 2023-cü il sentyabrın 29-da saxlanılan Roman Zavolokdan gedir.

O, həmin ilin yayında bir neçə dəfə ərazi işə qəbul və sosial dəstək mərkəzlərinin nümayəndələrinin işinə müdaxilə edərək, bunu videoçəkilişdə çəkməkdə təqsirli bilinib. O, İnstaqram səhifəsində hərbçilərin ünvanına nalayiq ifadələr əks etdirən, onlara tüpürən videolar, “pul müqabilində qətllər” və “müharibədə ukraynalıların zərərsizləşdirilməsi” ilə bağlı rus rəvayətlərini dərc edib.

Bu yolla təxribatçı ukraynalı müdafiəçiləri alçaltmağa və öz xidməti vəzifələrini yerinə yetirərkən “hərbi komissarlıqların” nümayəndələrinə inam səviyyəsini azaltmağa çalışıb”, - Ukrayna Təhlükəsizlik Xidməti Zavolokanın işini məhkəməyə təqdim edərək bildirib.

Məhkum günahını boynuna almayıb. Tibbi ekspertizanın rəyinə görə, o, hadisə zamanı narkotik sərxoşluğu vəziyyətində olub.

Cəzadan əlavə, məhkəmə onun əmlakının yarısının müsadirə edilməsi barədə qərar çıxarıb.

Xəbər 1157 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +