Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


26.11.2022  16:01 

Səfir Azərbaycan xalqına təşəkkür edib





A+  A-

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəsinə olunan humanitar yardıma görə Azərbaycan xalqına təşəkkür edib.

XəzərNews.az xəbər verir ki, səfir bu barədə öz “Facebook” hesabında paylaşım edib.

“Və bu gün də boşuna getmədi. “Saf ürəklər” Xeyriyyə Fondunun komandası Xarkov vilayətinə, işğaldan azad edilmiş ərazilərdə olan müdafiəçilərimiz və mülki vətəndaşlarımız üçün generatorlar və 40 tondan çox ərzaq, geyim, isti paltarlar və gigiyena vasitələri göndərdi”, – deyə Kanevski qeyd edib.

O, humanitar yardımın ərsəyə gəlməsində əməyi olan Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinə və dostcanlı Azərbaycan xalqına, həmçinin digər ölkələrə minnətdarlığını ifadə edib.

“Hər kəsə yardımınız və dəstəyiniz üçün təşəkkür edirik!

Bu işdə daimi dəstəyə və köməyə görə Ukrayna Xarici İşlər Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm.

Hər şey yaxşı olacaq! Yaşasın Ukrayna!” – deyə səfir vurğulayıb.

Xəbər 968 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +