Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


08.02.2022  16:17 

Mal-mülk üstündə DAVA - Sabiq icra başçısı ilə oğlu arasında





A+  A-

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevlə oğlu Elmir Vəliyev arasında qalmaqal baş verib. Nəticədə ata-oğul bir-birinin ünvanına ağır ifadələr səsləndirib, bu zaman yaranan səs-küyə qonşular toplaşıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran E.Vəliyevin Göygöl rayonundakı qonşularından biri deyib ki, narazılıq mal-mülk üstündə olub.

Belə ki, Elmar Vəliyev külli miqdarda borclu olduğu şəxslərdən birinə Yevlax rayonu ərazisində yerləşən dəvə fermasını təklif edib. Xatırladaq ki, keçmiş icra başçısı hələ Yevlaxda icra başçısı olduğu dövrdə bu təsərrüfatı qurub, daha sonra inkişaf etdirərək yüzdən artıq dəvəyə sahib olub.

Mənbə bildirib ki, E.Vəliyevlə borc sahibi arasında anlaşma əldə olunsa da təhvil-təslim baş tutmayıb. Fermanın sənədləşdirməsi zamanı məlum olub ki, keçmiş icra başçsının oğlu Elmir Vəliyev atasından xəbərsiz həmin fermanı başqa şəxsə satıb. Əsl həngamə də bu sirrin üstü açılanda baş verib. Oğlunu küçə söyüşləri ilə təhiqr edən Elmar Vəliyevin qəzəbli bağırtısına qonşular toplaşıb. Şahidin dediyinə görə, oğlu da atasının söyüşlərinə adekvat cavablar qaytarıb.

Mübahisə Elmar Vəliyev oğlunu evdən qovması ilə yekunlaşsa da, qalmaqalın bununla bitəcəyi ağlabatan görünmür.

Çünki,icra başçısı olduğu dövrdə milyonlarla dollar borca girən E.Vəliyevin əmlakını sataraq vəziyyətdən çıxmaq cəhdləri bu və ya digər səbəblərdən mümkün olmur…

Xəbər 1936 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +