Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


04.06.2021  18:42 

Kəlbəcərdə yaralanan rejissor danışdı





A+  A-

Kəlbəcər rayonunda minaya düşərək xəsarət almış şəxslərdən biri- AzTV-nin rejissoru Emin Məmmədov səhhəti barədə açıqlama verib.
XəzərNews.az xəbər verir ki, Dövlət Televiziyasının efirinə bağlanan E. Məmmədov vəziyyətinin stabil olduğunu vurğulayıb: “Səhər tezdən bizi hospitala yerləşdiriblər. Həkimlər məni müayinə edib. Hazırda vəziyyətim normaldır. Digər yaralanan şəxslərdən biri də icra nümayəndəsidir. O reanimasiya şöbəsinə yatırılıb. Hazırda vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək həlak olublar. Hadisə nəticəsində isə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəbər 2370 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +