İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


17.12.2018  14:37 

Falçılar ördək oğurlayarkən saxlanıldı





A+  A-

Cəlilabadda polis əməkdaşları tərəfindən fala baxmaq adı ilə həyətlərə daxil olaraq oradan ev quşlarını oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, dekabrın 15-də gecə saatlarında Cəlilabad şəhəri M. Hüseyn küçəsində əllərində 6 ədəd ördəklə hərəkət edən 2 nəfərin şübhəli davranışları xidmətdə olan post-patrul xidməti əməkdaşlarının diqqətini cəlb edib. Həmin şəxslər ev quşlarının onlara fala baxmaları müqabilində nəzir kimi verildiyini desələr də RPŞ-yə dəvət edildikdən sonra burada artıq oğurluq etdiklərini etiraf ediblər.
Səhər saatlarında sözügedən ərazidə yaşayan B.Mikayılov adlı şəxs həyətindən 6 ədəd ördəyin oğurlanması ilə bağlı polisə müraciət edəndə artıq şöbəyə gətirilən Yevlax rayon sakinləri Sadiq Bukavadze və Rəfail Bəkirov törətdikləri əməli etiraf etmişdilər.

Hazırda onların digər bu cür əməllərinin müəyyən ediliməsi istiqamətində araşdırma aparılır.

Xəbər 1408 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +