İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


12.09.2018  15:23 

Baş redaktora hökm oxundu





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən, millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovaya cəza verilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R. Qasımovun 7 il, digərlərinin hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Onlar azadlıqda olduqları üçün məhkəmə zalında həbs olunmalarını istəyib.

Zərərçəkmiş Şirin Abdullayev heç bir şikayət və tələbini olmadığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib.

Vəkillər isə bildirib ki, jurnalistlər Ş. Abdullayevin obyektində əxlaqsızlıq yuvası təşkil etdiyi barədə reportaj hazırlayıb saytda yayımlayıblar. Daha sonra isə qarşı tərəfin pul təklifi ilə yazını saytdan siliblər: "Burada şantaj, hədə-qorxu yoxdur. Heç olmasa dələduzluq maddəsi verə bilərdilər. İstintaq düzgün aparılmadığı üçün bəraət verilməlidir".

Məhkəmə kollegiyasının hökmü ilə hər üç şəxsə şərti cəza verilib və həbs edilməyiblər.

İttihama görə, onlar Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

Təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

Xəbər 1410 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +