İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


07.09.2018  13:27 

Kürəkən alimentə görə qayınatasını öldürdü





A+  A-

Sabunçu Rayon Məhkəməsində qayınatasını öldürən kürəkənin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclası keçirilib.
XəzərNews.az-ın məlumatına görə, hakim Fəqan Əhmədov cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən Şabanov Samir Valeh oğlu barədə qərarı təmin edib.

Xatırladaq ki, bu ilin aprel ayında Ramana qəsəbəsində 1981-ci il təvəllüdlü Şabanov Samir Valeh oğlu qayınatası, 1965-ci il təvəllüdlü Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq öldürüb.

S.Şabanov polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, qətli törədən şəxs bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub. Daha sonra onların münasibəti pozulub və o, həyat yoldaşından boşanıb. Lakin keçmiş qohumlar arasındakı gərgin münasibət davam edib. S.Şabanov alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirirmiş. Nəhayət, S.Şabanov qayınatasının Ramanadakı evinin yaxınlığına gedərək onunla məsələni aydınlaşdırmaq qərarına gəlib. Münaqişə zəminində o, 53 yaşlı kişiyə dəmir parçası və bıçaqla çoxsaylı zərbələr endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Xəbər 1655 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +