İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


27.08.2018  16:11 

Axtarışda olan Ülviyyə bu gün həbs edildi - Sosial ev “paylayırdı”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində başladılan cinayət işi üzrə proses keçirilən qadın həbs olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, keçmiş iş adamı Ülviyyə Abdalova məhkəmə proseslərinə gəlmədiyi üçün axtarışa verilmişdi. Bu gün isə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, Ü.Abdalova Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov və Leyla İsmayılova ilə birgə təqsirləndirilir.

Bundan əvvəlki iclasların birində prokuror çıxış edərək Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.

Daha sonra Ü. Abdalova məhkəmə iclaslarından yayınıb və proseslərə gəlməyib. Buna görə də hakim Əlövsət Abbasov onun barəsində həbs qətimkan tədbiri seçərək axtarışa verib.

Xəbər 1512 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +