İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


08.08.2018  11:09 

Bakının məşhur klinikasında həkimin kabinetini yardılar





A+  A-

Hadisə Nizami rayonu, Babək prospekti 85K-da yerləşən Modern Hospitalda qeydə alınıb.
XəzərNews.az bildirir ki, zərərçəkən həkim-pediatr Təranə Bağırovanın “Ölkə.Az”a verdiyi məlumata görə, oğurluq hadisəsi gündüz radələrində baş verib:

“İş otağımdakı dolabdan 230 manat pul, 15 ABŞ dolları, maaş kartı, sürücülük vəsiqəsi, özümün və uşağımın şəxsiyyət vəsiqəsi oğurlanıb. Mən otaqdan çıxdıqdan sonra tibb bacısı da otaqdan çıxıb. İş otağımda müşahidə kamerası yoxdur, dəhlizdəki müşahidə kamerası da yaxşı tutmur. Polisə ərizə vermişəm, araşdırır. Ümumiyyətlə klinikada çox olub oğurluq halları, mən 1-ci dəfədir ki, belə halla rastlaşıram”.

Klinikanın baş həkimindən də oğurluq cinayətinə münasibət öyrəndik.
Taryel Ömərov il ərzində 2-3 dəfə belə hallarla qarşılaşdıqlarını bildirdi. Onun sözlərinə görə, klinika poliklinika rejimində fəaliyyət göstərdiyindən içəri daxil olanların sayı çox olur və hamı klinikaya eyni niyyətlə, yəni müalicə almaq məqsədi ilə gəlmir:

“Həmçinin hər bir həkim özündən sonra otağını bağlamağa borcludur, çünki biz kabinetlərə kamera yerləşdirə bilmərik. Ümumi kamera dəhlizdə var, amma iş saatlarında da dediyim kimi pasiyentlərin sayı çox olduğundan kameralar hamını aydın çəkə bilmir”.

Faktla bağlı Nizami RPİ-nin 24-cü Polis şöbəsində təhqiqat araşdırmalarına başlanılıb.

Xəbər 1698 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +