İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


08.08.2018  09:36 

Azərbaycanda şagird müəllimini bıçaqladı





A+  A-

Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.
XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib. Polisə məlumat daxil olub ki, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayev ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Çox çəkməyib ki, polis, müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub.

Xəbər 1812 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +