Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


28.07.2017  15:12 

Lift İdarəsinin qalmaqallı rəisi işə çıxdı





A+  A-

Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov məzuniyyətdən qayıdıb.
Bu barədə Bakı Lift İdarəsindən məlumat verilib.
İdarə əməkdaşı Q.Şükürova cinayət işi açılması, həbs olunması ilə bağlı mediada yazılanların həqiqətə uyğun olmadığını qöyləyib.

“Qüdrət müəllim hazırda işinin başındadır”, deyə o bildirib.

Qeyd edək ki, qızının 400 min dollarlıq toyu ilə bir müddət gündəm olan rəis barədə müxtəlif məlumatlar yayıldı. Hətta Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin “Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanıldığı iddia olunuru.

Həmin vaxt bildirildi ki, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Qüdrət Şükürovla bağlı məsələnin dərhal araşdırılması və ölçü götürülməsi qərarı verilib. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparıldığı, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlərin dindirildiyi yazılırdı.
Amma rəsmi qurumlar bu məlumatları təsdiqləmədilər.

Bu gün Qüdrət Şükürovun işinin başında olması da yazılanların sadəcə iddia olduğunu təsdiqlədi...

(modern.az)

Xəbər 1659 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +