Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


16.10.2019  09:35 

Generaldan şok açıqlama: “Paşinyan Qarabağı geri qaytarmağa hazırdır“





A+  A-

Separatçı DQR-in "Milli Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama verib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, işğal altındakı Xankəndində keçirilən mətbuat konfransında Vitali Balasanyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın vaxtilə türütdüyü siyasəti yürüdür. Balasanyanın fikrincə, Paşinyan siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın daxilində muxtariyyət verilməsidir.

“Sputnik Ermənistan”ın yazdığına görə, o, həmçinin mətbuat konfransında olanları inandırıb ki, MDB başçılarının Düşənbədəki sammitinin kuluarlarında liftdə Nikol Paşinyan və İlham Əliyevin nə barədə danışdıqlarını bilir.

“Bizim öz mənbələrimiz var. Baş nazirin kimlə görüşdüyünü bilirik, lift diplomatiyasından xəbərdarıq. Ancaq bütün bunlar barədə sadə bir səbəbdən danışmadıq. Biz baş nazirin Əliyevlə nə barədə danışdıqlarını təqdim etməsini gözlədik", - deyə separatçı vurğulayıb.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Düşənbədə Müstəqil Dövlətlər Birliyinin zirvə toplantısı keçirilib, həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər. O vaxt televiziya kameraları İlham Əliyevlə Nikol Paşinyanın eyni liftdə birlikdə qalxdıqları anı qeydə almışdılar.

Xəbər 1759 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +