Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


29.12.2019  17:25 

Məzahir Pənahovdan deputatlığa namizədlərlə bağlı yeni QƏRAR





A+  A-

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişiklik edilib.
XəzərNews.az-ın xəbərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qərar imzalayıb.

Qərar sənədin 1.2-ci bəndi ilə bağlıdır. Həmin bəndin birinci cümləsində yazılıb ki, namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü dairə seçki komissiyasının möhürü ilə təsdiqlənməlidir.

Qərarla sənədin həmin bəndinə cümlə əlavə edilib ki, imza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoysun.

Xəbər 2110 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +