Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


11.05.2023  10:22 

AQTA-ya ittiham... - Saxta rəy verib?





A+  A-

"Ölkəmizdə marketlərdə satışda olan süd məhsulları ilə bağlı ciddi problemlər var. Ancaq çox təəssüflər olsun ki, onlar üzərində ciddi araşdırılma aparılmır. Mən üç il öncə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni fəaliyyətə başlayanda onların guya "çox böyük qiymətə yaradılmış" laboratoriyasına xama verdim və araşdırılmasını istədim. Onlar mənə nəticə olaraq amorf sənəd verdilər, həmin sənəddə xama olub-olmaması isə göstərilmirdi. Nə qədər məcbur etdim, ancaq birmənalı cavab vermədilər”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Süd məhsulları ilə bağlı müştəri şikayətlərinə də toxunan Eyyub Hüseynov bildirib:

“İlk baxışdan onlar süd məhsuluna bənzəyir, amma tərkibində nə olduğu bilinmir. Çox təəssüf olsun ki, aidiyyatı qurumlar bu məsələlərə epizodik baxır.

Agentliyin hazırda əsas diqqətində isə etiket məlumatları ilə tərkib araşdırılması dayanır. Lakin bu onların hədəf nöqtəsi olsa da, hələ də, bir çox problemlər yaranır. Misal üçün, satılan qatığın üzündə qaymağı, ancaq həftələrlə xarab olmur.

Azad İstehlakçılar Birliyi bu cür qatıqlara şübhəli yanaşır. Bir sözlə, bu sahədə ciddi problemlər var və xüsusən "İvanovka" mağazalar şəbəkəsi, kənd məhsulları, bazarlarda satılan bu kimi süd məhsullarına da böyük şübhələr var. Mütləq şəkildə istehlakçılar məhsulun buraxılma tarixi ilə yararlılıq tarixi arasındakı məsafəyə fikir versinlər. Əgər qısadırsa, ona üstünlük versinlər. Məhsulun üzərində "AZS" standartı olmasına mütləq üstünlük versinlər. Şübhələndikləri hallar olanda isə dövlət orqanlarına müraciət etsinlər”.


Xəbər 2954 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +