Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


06.03.2019  14:08 

KİVDF qəzetlərə maliyyə yardımının şərtlərinə yeni əlavə etdi





A+  A-

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə XəzərNews.az-a KİVDF-dən məlumat verilib.

Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək bildirib ki, iclasda bir məsələnin - fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin şərtlərinə yeni əlavələrin edilməsi məsələsinin müzakirəsi nəzərdə tutulur.

Müzakirəyə çıxarılan məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, çap mediasının müasir dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi, cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə fondun 31 yanvar 2019-cu il tarixli iclasında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərdə dəyişikliklər edilib. V.Səfərli qeyd edib ki, fevral ayından etibarən qüvvədə olan həmin dəyişikliklərə əsasən, 2019-cu ilin II rübü üzrə Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə müəyyənləşdirildiyini xatırladıb.

İcraçı direktor bildirib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib. Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin elanının şərtlərinə yeni əlavənin edilməsi təklifinin müzakirəsinə obyektiv zərurətin yarandığını qeyd edib. İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.

Sonda təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Xəbər 2800 dəfə oxunub.




02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +