Keyt Kelloq Kiyevə işgüzar səfərə gəlib
Baptist kilsəsində atışma baş verib
DTX kibercinayətkarları ifşa etdi
Tanınmış həkimə cinayət işi açıldı
Diqqət: Bəzi avtomobillərin kilometrajı geri çəkilir
Kobud şəkildə qayda pozan sürücü kameraya düşdü
“Azərenerji”nin 300 milyonluq borcu niyə yaranıb?
“Taxta bazarı“ adlanan ərazidə yanğın olub
Azərbaycanlı gənc ABŞ universitetinə 100% təqaüdlə qəbul oldu
Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO


28.02.2018  13:34 

Nazirlik 2801 nəfərə pul verir





A+  A-

“Xalq” və “Əməkdar” fəxri adı alan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri onlar büdcə təşkilatında işlədikdə həmin təşkilat, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
1 yanvar 2018-ci ilə olan məlumata əsasən, “Xalq” və “Əməkdar” fəxri adları olan şəxslərdən 2801 nəfəri (yəni işləməyən, yaxud qeyri-dövlət sektoruna aid müəssisədə işləyən şəxslər) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ilə təmin olunur.

XəzərNews.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, onlardan 221 nəfəri “Xalq”, 2580 nəfəri isə “Əməkdar” fəxri adı olanlardı.

Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüd 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılıb.

E.Babayev onu da qeyd edib ki, sərəncam “Əməkdar jurnalist” fəxri adı alan şəxslərə də şamil edilir və onlara da Prezidentin aylıq təqaüdünün 2018-ci il martın 1-dən 100 manata çatdırılması təmin olunacaq.

Xəbər 2982 dəfə oxunub.




14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +