Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


28.07.2020  13:28 

Mağazadan 6 min manat oğurluq edən gənclər saxlanıldı





A+  A-

Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, rayon sakini Qabil Abbasov müraciət edərək bildirib ki, ona məxsus avtomobil ehtiyyat hissələri satılan mağazasına iyul ayının 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq oradan 6000 manat pulu oğurlayıb.

Müvafiq polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21 yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar, törətdiyi hadisəni etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1732 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +