Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu


16.10.2021  18:34 

SOCAR qazın qiymətinin qalxmasını belə əsaslandırdı - Rəsmi





A+  A-

Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, qazın alınmasına sərf edilən xərclər əsas götürülür. Əvvəlki illərdə qazın alışını və satışını SOCAR həyata keçirirdi. Bildiyimiz kimi, SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər. SOCAR Azərbaycanın təbii qaza olan tələbatını ödəmək üçün başqa şirkətlərdən də, xüsusilə də “Şahdəniz” konsorsiumundan qaz alır.

XezerNews xəbər verir ki, bu sözləri SOCAR-ın mətbuat xidməti rəhbərinin müavini İbrahim Əhmədov deyib.

O bildirib: “Artıq bir ilə yaxındır ki, qazın topdan alış-satışını dövlət şirkəti olan “Azərkontrakt” həyata keçirir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan qiymətə alaraq qazpaylayıcı şəbəkələrə satır. “Azərkontrakt”ın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Bazarda qiymətlər artdıqca həmin qazın qiyməti artır. Bu zaman isə qazı alan tərəf - dövləti təmsil edən şirkətin də xərci artır. Qazın satış tarifləri dəyişmədikdə bu artımın da kompensasiyası mümkün olmur. Ya dövlət subsidiyalaşdırmalı, ya da qiymət artımı baş verməlidir. Subsidiyalaşdırmanın da müəyyən fəsadları var ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Hazırda dünyada qaz qiymətləri ötən illə müqayisədə 10, 20, 30 dəfələrlə artıb. Təbii ki, “Azərkontrakt”ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, xərcləri müəyyən qədər artıb”.

Xəbər 2022 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +