Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


14.10.2021  19:38 

Dini radikalizm xəmiri çox su aparacaq!





A+  A-

Azərbaycanda iki zümrə var ki, İran xüsusi xidmət orqanları ora asanlıqla nüfuz edə bilir: İdmançılar və meyxanaçılar.

İdman, təbii, sağlamlıqdır, amma sağlam bədəndə sağlam ruhun olacağı mütləq həqiqət deyil, ümumiyyətlə, həqiqət deyil...

Təhsildən və təlim-tərbiyədən asılıdır daha çox.

Tatamidə uğur qazanan əksər idmançılar ya kriminal aləmin üzvünə çevrilir, ya da hansısa radikal dini cərəyanın ən yaxşı halda nüfuz agentinə...

Bəlkə də gənclər sadəcə olaraq özlərini axtarırlar və biz onlara istədikləri sosial-psixoloji mühiti təqdim edə bilmirik...

Meyxana janrı isə özlüyündə bir sənət növüdür; xalq yaradıcılığıdır, niyə də olmasın?
İntəhası, bu janrı İran iltihabından xilas etmək lazımdır.

Barmaqlarında əqiq daşlı qoşa üzüklərin bərq vurduğu meyxana ustaları öz auditoriyalarını tədricən "haqq yolu"na çəkirlər...

Nəzarətsiz qalsa, bir müddət sonra meyxananın dili fars dilinə doğru əyiləcək.

Gəlin analiz edək. Kimin auditoriyası daha genişdir, dövlət televiziyasında yayımlanan ciddi analtik bir verilişin, ya "ağam, ağam..." qafiyəsi üzərində deyişən iki meyxanaçının?
Nəzərə alsaq ki, 10 milyonluq ölkəmizin ən az 5 milyonu meyxana həvəskarı, guya ki, "söz xridarı"dır, o zaman təhlükənin miqyasını daha dərindən anlamaq mümkündür.

Çox uzun təhlillər etmək mümkündür...
Məncə, millətçi xəttin önünü açmaq vaxtıdır.
Söhbət irqçilikdən getmir.

Tərəqqipərvər, eyni zamanda milli-mühafizəkar düşüncə tərzinin daşıyıcıları ön plana çıxmalı, cəmiyyət həyatının lokomotivinə çevrilməlidirlər.

Yoxsa, dini radikalizm xəmiri çox su aparacaq!

Bəhruz Həsənov

Xəbər 2325 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +