İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev
İran Təl-Əvivdə “Mossad“ın binasının vurub
Azərbaycanı hədələyən azərbaycanlılar İrandan qaçıb
Bakının bir çox ərazilərində su yoxdur
İran İsrailə kütləvi ballistik raketlər atdı
Rusiya Kiyevi vurdu: 14 nəfər həlak olub
Tramp: Hamı Tehranı dərhal boşaltmalıdır
SEPAH generalı Əli Şadmani öldürülüb


19.06.2022  18:08 

NAMUSUMUZ, QEYRƏTİMİZ VAR...





A+  A-

İnsanın qürurunu, heysiyyətini, milli duyğularını tam öldürmək mümkün deyil. Nə qədər liberal, kosmopolit olursan-ol, sənin üçün hökmən hansısa dəyərlər mövcuddur.

Bir insan tam olaraq, yəni 100 faiz maddi maraqdan ibarət ola bilməz. Bizim tam duyğusuz saydığımız biri bir də görərsiniz ki, hansısa pişiyi xilas etmək üçün həyatını təhlükəyə atar. Çünki bu da onun inandığı dəyərdir, prinsipdir.

Odur ki, məsələlərə sırf maddi, materialist maraq, mənafe baxımından yanaşmaq, bütün dəyərləri pula çevirmək hər zaman doğru deyil. Ən pulgir, mənfəətpərəst adamın da hansısa məqamda fərqli duyğuları baş qaldıra, qəlbinin çox dərinliyindəki məhrəm, mübhəm hissləri oyana bilər. Yəni bir qadın heç bir məbləğ müqabilində sevdiyi kişini başqa həmcinsinə qapdırmaz. Bir kişi öz namusunu, qeyrətini, qürurunu milyardlara dəyişməz. Bir insan heç bir vəzifə, mənsəb, mövqe müqabilində milli həqarəti həzm etməz. Bəlkə də, bir müddət dözər, amma unutmaz, məqamını gözləyər. Ən əsası da prinsipial insan heç bir halda öz prinsiplərindən vaz keçməz. Geri çəkilər, ancaq təslim olmaz.

Qalileo Qaliley ilə bağlı əhvalatı xatırlayırsınız da. Ondan Yer kürəsinin fırlanmadığını söyləməsini tələb edir, əks təqdirdə tonqalda yanacağını bildirirlər. Deyir, madam ki, belə deməyimi istəyirsiniz, yaxşı, fırlanmır. Bir az kənara çəkilən kimi deyir: "Amma fırlanır..."

"Yeddi oğul istərəm" filmində zahirən çox qorxaq görünən axund Mirpaşaya deyir ki, məni qanıma qəltan eləsən də deyəcəyəm: "Çalpapaq Kərəm allahsızdır, allahsızdır, allahsızdır..." Bəli, axund ilk baxışda fağır, qorxaq, qürursuz bir adamdır, ancaq onun da öz prinsipləri var. Onlara toxunanda qanına qəltan eləsən də, dediyini deyəcək və geri çəkilməyəcək...

"Axırıncı aşırım" filmində Abasqulu bəy Kərbəlayı İsmayıla deyəndə ki, hökümətlə hökümətlik etməyəcəksən ki, topun yox, topxanan yox... O cavab verir ki, namusumuz, qeyrətimiz var, bəy! Çox böyük sözdür. Çünki namus, qeyrət, qürur, heysiyyət hər cür maddiyyatdan, puldan, sərvətdən, hətta candan üstündür.

Rusiya - ABŞ qarşıdurmasını da bu kontekstdə dəyərləndirmək olar. Ruslar amerikanlara çox güzəştə getdilər, amma olmadı. ABŞ dedi ki, hər şeyini ver: namusunu da, qeyrətini də, papağını da...

Biz də nə ABŞ-a, nə Rusiyaya, nə Türkiyəyə, nə də İrana hər şeyimizi təslim edə bilmərik və etməyəcəyik. Bəli, reallıqları nəzərə alırıq və almalıyıq, ancaq bir yerə qədər. Gərək güclü də qırmızı xətti keçməsin, həddini bilsin. Bilməsə, özü də ziyan çəkər.

Bu məsələ hakimiyyət vətəndaş, məmur ziyalı münasibətlərinə də aiddir. Bəli, sizin topunuz, topxananız var, pulunuz, sərvətiniz, polisiniz, əsgəriniz var. Bizim də özümüzə görə, qürurumuz, heysiyyətimiz, prinsiplərimiz, namusumuz, qeyrətimiz var...

Nadir Qocabəyli

Xəbər 9329 dəfə oxunub.




16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +