Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


23.11.2017  16:09 

Messinin yeni klubu açıqlandı - İDDİA





A+  A-

Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər dünya mediasının gündəmini zəbt edib.
XəzərNews.az xəbər verir ki, ötən gün Çempionlar Liqasında "Yuventus"a qarşı keçirilən oyunun start heyətində yer almayan argentinalı ulduzun bikef olması və heç kiminlə danışmaması bu iddiaları gücləndirib.

İspaniya mediası iddia edib ki, Messi getmək istədiyini rəhbərliyə deyib və yanvarda komandanı tərk edəcək. Baş məşqçi Ernesto Valverde də onu bu səbəbdən ehtiyatda saxlayıb. 56-cı dəqiqədə meydana çıxan futbolçu baş məşqçi ilə bir dəqiqə də danışmayıb.

Artıq Messinin yeni klubu da açıqlanıb. İddia olunub ki, argentinalı ulduz keçmiş baş məşqçisi Pep Qvardiolanın yanına - "Mançester Siti"yə yollanacaq. Onun keçidi yeni transfer rekordu olacaq.

Qeyd edək ki, hazırda transfer rekordu Neymara məxsusdu. Braziliyalı ulduz bu yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.

Xəbər 1744 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +