Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


15.11.2017  16:05 

DÇ-nin 31-ci iştirakçısı bilindi





A+  A-

DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
XəzərNews.az xəbər verir ki, qitələrarası pley-off mərhələsində Avstraliya ilk oyunda qolsuz heç-heçə etdiyi Hondurası qəbul edib. Matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanaraq mundiala vəsiqəni təmin edib.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 31-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə, İsveç və Danimarka yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Mundialda 32 komanda iştirak edir ki, qalan 1 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0).

Xəbər 1753 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +