Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


08.11.2017  20:17 

“Olimpiada-2020”yə robotlar kömək edəcək





A+  A-

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək ХХХII Yay Olimpiya Oyunlarında istifadəsi planlaşdırılan robot köməkçilərin sınaqlarına başlanılıb.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, müstəqil aparatların sınaq quraşdırma işləri noyabrın 13-nə nəzərdə tutulur.

Eksperimentdə iştirak üçün Yaponiyanın 5 aparıcı texnoloji şirkəti tərəfindən təqdim edilən 5 robot seçilib.

Məlumata görə, robotların başlıca vəzifəsi ilk növbədə xarici turistlərə yardım göstərməkdən ibarətdir. Onların hamısı dörd - yapon, ingilis, Çin və Koreya dilində “başa düşür” və “danışır”. Hökumət ümid edir ki, olimpiada və paraolimpiadada robot köməkçilərdən istifadə bütün dünyaya yüksəksəviyyəli yapon texnologiyasının nümayişi üçün gözəl fürsət olacaq.

Yapon texnologiyalarının populyarlaşdırılması məqsədilə hökumət, həmçinin 2020-ci ildə Ümumdünya Robotlar Sammiti keçirməklə bağlı qərar qəbul edib. Tədbirdə robotlar dəqiqlik, sürət və iş keyfiyyətinə görə yarışacaqlar.

ХХХII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.

Xəbər 2096 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +