“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək


05.07.2023  11:56 

Ebru Gündeş Günellə eyni gündə səhnəyə çıxmadı və...





A+  A-

Xəbər verdiyimiz kimi, Şəmkirdə toy məclisinə dəvət alan türkiyəli müğənni Ebru Gündeş illərdir küsülü olduğu müğənni Günel Zeynalova ilə eyni gündə səhnəyə çıxmaq istəməyib.

Günel Ebrunun ünvanına sərt sözlər yazıb. O, ifaçının adını çəkmədən bunlarə əlavə edib:

"Bilirsiniz? Yox, hamımız bilirik... Ruzini verən Allahdır, qarşısı kəsilməz. Əngəl olanların bu dünyada cəzası böyükdür. Yaşamadan cəhənnəmi bilməz və ya cənnətə getməz. 25 illik sənət həyatımda heç kimə qısqanclıq etmədim, ruzisini kəsmədim, düşmanlıq belə etmədim. Sən həyatımdakını bilə-bilə gizlədən, bilinməsin deyə özünü saf göstərən, jurnalistlərə pul yedizdirən, hələ də nəyin davasını aparırsan? Nə istəyirsən? Olan olub, keçən keçib.

Amma sən pisqəlblisən, pissən. İllərin təcrübəli müğənnisi... Nə oldu? Dəvətedildin, qorxdun? Qorxma, biz qonaqpərvər xalqığ. Gələn qonağa pislik etmərik. Keçmiş adı üstündə keçmiş... Mən səndən narahat olmadım. Sənin heyətin 25-30 nəfərdir, mənimki 15... Onlar mənimlə birlikdə çörək qazanırlar, heç insanın vicdanı sızlamaz? Əlbəttə, insanlığı olanın.

Sənətçi dəvət edilər, gələr, əngəl olunmaz, çünki böyük günahdır. Bu, neçənci pisliyindir? Günahlarının cəzasını Allaha həvalə etdim. Kimin mənə nə yanlışı varsa Allah versin cəzasını.

Mənim səhnəm iyulun 3-dədir. Əslində 4-də olacaqdı. Amma narahat olub və eyni səhnədə olmaq istəməyib".

Qeyd edək ki, Günel Ebru Gündeşin keçmiş həyat yoldaşı Reza Zarrabla nişanlı olub. İş adamı Günelə Ebru ilə xəyanət edib. Uzun illərdir ifaçılar arasındakı küsülülüyün səbəbi də budur./Axşam.az

Xəbər 3004 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +