İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


21.07.2017  12:21 

“Jurnalistika”ya qəbul olmaq istəyənlərin nəzərinə! - DİM-dən XƏBƏRDARLIQ





A+  A-

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III ixtisas qrupunun abituriyentləri iyulun 21-dən 24-dək http://eservices.dim.gov.az/erizebak/erize/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər”.
Bu barədə DİM-dən XəzərNews.az-a verilən məlumatda deyilir.

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 29-da keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), bakalavrların yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradakı müvafiq keçidlərdən istifadə edib tanış ola bilərlər.

Xəbər 2849 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +