200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.02.2022  10:59 

“Heç kimə möhtac olmadan özümüz yaratmalıyıq”





A+  A-

“Teknofest” bir xəyalla başlamışdı və bütün millətimizin səyləri ilə 5 il davam etdi. İstanbuldan başlayıb, artıq Türkiyə sərhədlərini aşdı”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda “Teknofest Azərbaycan”ın rəsmi təqdimatında deyib.

“Teknofest” gün keçdikcə böyüdü və böyüməyə davam edir. “Türkiyədən kənarda bir “Teknofest” keçirəcəyiksə, bunu məhz Azərbaycanda edəcəyik” dedik. Unutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız şərtdir. Bunun ən yaxşı nümunəsini Bayraktar PUA-larımızın xidmət apardığı terrorla mübarizə hərakatında və qanayan yaramız Qarabağda gördük. Allaha şükürlər olsun ki, o yara şəhidlərimiz və qazilərimiz sayəsində bağlandı, Qarabağ işğaldan azad oldu. Tam buna görə də yüksək texnologiyaları heç kimə möhtac olmadan özümüz yaratmalıyıq”.

Qeyd edək ki, bu ilin 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək./Qafqazinfo

Xəbər 1809 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +