200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


26.01.2022  14:30 

Sabah yağış yağacaq - Proqnoz





A+  A-

Azərbaycanda yanvarın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoz yanvarın 27-si gündüzdən 28-i gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3°şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacaq.

Xəbər 1704 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +