Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


02.05.2025  18:05 

Təhsli Nazirliyi ilə 6 milyonluq anlaşma - “Edumedia Azərbaycan” kimindi?





A+  A-

Təhsil Nazirliyi daha bir tenderə yekun vurub. Nazirliyin tabeliyində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi elektron təhsil resursları xidməti alacaq.

Belə ki, sözügedən qurum bu məqsədlə “Edumedia Azərbaycan” MMC ilə anlaşıb. Tərəflər arasında 1 milyon 957 min 866 manatlıq satınalma müqaviləsi imzalanıb.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən həyata keçirdiyi araşdırma zamanı məlum olub ki, Təhsil Nazirliyi ilə adıçəkilən şirkət arasında keçən il də iki tender keçirilib. Belə ki, 27.09.2024-cü ildə keçirilmiş tenderlə nazirliyin idarəsi elektron təhsil resurslarının satınalınmasını reallaşdırıb və bunun müqabilində MMC-yə 1 milyon 958 min 591 manat ödəyib.

Yeni informasiya sistemlərinin yaradılması və mövcud informasiya sistemlərində təkmilləşdirilməsi tenderi isə 18.09.2024-cü ildə baş tutub. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bununla əlaqədar “Edumedia Azərbaycan” MMC ilə 1 milyon 804 min 999 manata anlaşıb.

Onu da bildirək ki, Təhsil Nazirliyi ilə bu şirkət arasında tender əlaqələri təkcə, 2024-cü ilə yekunlaşmır. Məsələ 2019-cu ilə qədər uzanır. Belə ki, “Edumedia Azərbaycan” MMC-nin əsas «müştərisi» olan Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdirilmasi İdarəsi həmin il 1 milyon 541 min 821 manatlıq iki tenderi bu şirkətə verib.

2023-cü ildə isə bu iki tərəf arasında daha bir bahalı tender razılaşması əldə olunub. Açıq mənbələrdə qeyd edilir ki, Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Mövcud elektron informasiya sistemlərinin təkmilləşdirilməsi, eyni zamanda yeni informasiya sistemlərinin yaradılması kimi iş və xidmətlərin satın alınması”nı reallaşdırıb. Bu zaman tenderin qalibi “Edumedia Azərbaycan” MMC ilə 2 milyon 173 min 362 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, «Edumedia» şirkəti 2011-ci ildə yaradılıb (qeydiyyat tarixi 13.01.2011), sonuncu dəfə reyestr sənədlərinə 18.05.2021-ci il tarixində dəyişiklik edilib. Şirkətin hüquqi ünvanı Bakı şəhər. Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 19B, mənzil 29 ünvanında yerləşir. Nizamnamə kapitalı cəmi 60 manatdır. Şirkətin qanuni təmsilçisi Dilarə Midhəd qızı Yusiflidir.

Xəbər 2071 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +